"Ermənistanın yardımının ikinci partiyasını daşıyan TIR-ların qapıları Adıyamandakı yardım qəbulu qrupumuz tərəfindən zəlzələdən zərər çəkənlərə baş çəkmək üçün bölgəyə gələn Ermənistanın xarici işlər naziri cənab Ararat Mirzoyanın müşahidəsi ilə açıldı".
Modern.az xəbər verir ki, bunu zəlzələ bölgəsinə səfəri zamanı Ermənistanın XİN başçısı Ararat Mirzoyanı müşayiət edən Türkiyənin İrəvanla danışıqlar üzrə xüsusi təmsilçisi Serdar Kılıç tviter səhifəsində yazıb.
O, görüntüləri də paylaşıb.
Ermenistan'ın ikinci parti yardımlarını içeren TIR'ların kapıları Adıyaman'daki yardım kabul ekiplerimizce,depremzedeleri ziyaret etmek üzere bölgeye gelen Ermenistan Dışişleri Bakanı Sayın Ararat Mirzoyan'ın nezaretinde açıldı. Teşekkürler Ermenistan. շնորհակալություն Հայաստան pic.twitter.com/M1r6KSAPbu
— Serdar KILIÇ (@serdarkilic9) February 15, 2023
***
16:36
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə zəlzələ bölgəsinə səfər edib.
Modern.az “Armenpress”ə istinadən xəbər verir ki, o, Adıyaman şəhərinə gəlib.
Zəlzələdən sonra işlərin aparıldığı bölgədə olan Mirzoyan Ermənistanın göndərdiyi xilasedicilərlə görüşəcək.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Ermənistanın XİN başçısı bundan əvvəl həmkarı Mövlud Çavuşoğlu ilə görüşmüş və birgə mətbuat konfransı keçirmişdi.