Böyük Britaniya və digər Avropa ölkələri Ukraynaya 226 milyon avro yardım göstərilməsi barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yardım Ukrayna Beynəlxalq Fondu (IFU) vasitəsilə veriləcək. Yardım paketi Britaniya, Niderland, Norveç, İsveç və Danimarka tərəfindən razılaşdırılıb.
Ümumi dəyəri 226 milyon avrodan çox olan yardıma artilleriya sursatları, dəniz kəşfiyyat sistemləri, müşahidə və kəşfiyyat avadanlıqları, o cümlədən Ukrayna tankları üçün nəzərdə tutulmuş avadanlıqların ehtiyat hissələri daxil olacaq.
Akif İsmayılov