Ermənistanın Azərbaycanla sərhədinə göndəriləcək Avropa İttifaqı (Aİ) missiyasında Almaniyadan 15 polis əməkdaşı iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirib.
Silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfində sərhəddə patrul edəcək.
"Federal Nazirlər Kabineti Almaniyanın Avropa İttifaqının Ermənistandakı yeni missiyasında (EUMA) Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - deyə o qeyd edib.
Akif İsmayılov