Fevralın 16-da Rusiya ordusu Ukraynanın Baxmut şəhərinə artilleriya zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, mərmilər şəhərin yaşayış məntəqələrinə düşüb və zərbələr nəticəsində 5 nəfər həlak olub.
"Rusiya ordusunun hücumu nəticəsində üç kişi və iki qadın həlak olub. Doqquz vətəndaş müxtəlif dərəcəli qəlpə yaraları alıb", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edib.
Akif İsmayılov