Türkiyədə zəlzələ zamanı yaranan dağıntılar altından insanların xilas edilməsi əməliyyatı davam edir.
Modern.az xəbər verir ki, zəlzələnin baş verməsindən 260 saat sonra daha bir nəfər dağıntılar altından çıxarılıb.
Hatayın mərkəzi Antakya bölgəsində xilas edilən uşağın 12 yaşında olduğu bildirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub.
Akif İsmayılov