Modern.az

Zəlzələdən Konyaya qaçan suriyalılar YANARAQ ÖLDÜLƏR

Zəlzələdən Konyaya qaçan suriyalılar YANARAQ ÖLDÜLƏR

Dünya

17 Fevral 2023, 09:46

Türkiyənin Konya vilayətinin fərdi yaşayış evlərindən birində güclü yanğın baş verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə vilayətin Karatay rayonunda olub.

 

Əraziyə fövqəladə hallar briqadaları cəlb edilib və yanğının söndürülməsinə başlanılıb. Bu əsnada evin damı çöküb.

 

Nəticədə Suriya əsilli eyni ailənin üzvü olan 7 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.

 

Araşdırmalar nəticəsində məlum olub ki, ailə zəlzələnin baş verdiyi Qaziantep vilayətinin Nurdağı rayonundan Konyaya gəlib və kirayə ev tutub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Nəticədə 38 mindən çox insan həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər