Modern.az

Medvedçuk Moskvada yaşamaq istəmir - Məcbur qalmışam

Medvedçuk Moskvada yaşamaq istəmir - Məcbur qalmışam

Dünya

17 Fevral 2023, 10:32

Hazırda Moskvada yaşayan Rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk burada yaşamağa "məcbur edildiyindən" şikayətlənib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Medvedçuk bu barədə Rusiya mətbuatına müsahibəsi zamanı danışıb.

 

"Mən Moskvaya müxtəlif məsələlərlə bağlı gəlirdim və birgünlük gəlirdim: səhər gəldim, axşam getdim. İndi isə daimi şəkildə Moskvada yaşayıram, məcburən. Ukraynanı mən özüm tərk etməmişəm, onlar məni əsirlərlə dəyidi", - deyə Medvedçuk söyləyib.

 

O, 2021-ci ildə vətənə xəyanət ittihamı ilə Ukraynada saxlanmasını həyatının ən ağır günü adlandırıb və təqibinin ailəsi üçün dəhşətli kədər olduğunu bildirib.

 

Qeyd edək ki, Medvedçuk ötən il Ukraynada yenidən həbs edilmiş və əsir mübadiləsi prosesi çərçivəsində Rusiyaya təhvil verilmişdi.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər