Rusiyada "Tramp" adlı pilotsuz uçuş aparatı (PUA) yaradılıb.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, PUA-nın yer səthində sınaqlarına başlanılıb, onun idarəetmə sistemləri və mexanizmləri yoxlanılır. Uçuş sınaqlarının isə aprel ayında başlaması planlaşdırılır.
600 kilometrdən çox məsafə qət edə biləcək PUA 250 kiloqrama qədər yük daşıya bilir.
Akif İsmayılov