"ABŞ-ın Ukrayna tərəfindən Krımda Rusiyanın hərbi obyektlərinə zərbə endirilməsinə etirazı yoxdur".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
Onun sözlərinə görə, ABŞ Krımın Rusiyanın nəhəng bir hərbi bazaya çevirdiyi Ukrayna ərazisi olduğuna inanır.
Həmçinin Nuland xatırladıb ki, Krımın işğalından sonra Rusiya Federasiyası dərhal insan hüquqlarının pozulmasına, xüsusən də krımtatarlara və işğalla razılaşmayan digər insanlara qarşı təqiblərə əl atıb.
"Ukraynalıların harada döyüşmək qərarına gələcəyini və Krımla bağlı qısa, orta və ya uzunmüddətli perspektivdə hansı qərarı verəcəyini əvvəlcədən mühakimə etməyəcəyəm, lakin biz Krımın Ukrayna ərazisi olduğunu qəbul edirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.