Rusiya qüvvələrində ölən və yaralananların sayı yüksəkdir.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının sutkalıq bülletenində qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi və özəl hərbi şirkətlər Ukraynanın işğalı başlayandan bəri 175-200 min arasında itki verib. Bildirilib ki, Rusiyada itki nisbəti 2022-ci ilin sentyabrından, yəni "qismən səfərbərliyin" tətbiq olunduğu vaxtdan bəri əhəmiyyətli dərəcədə artıb.
Müasir standartlara görə, bu rəqəmlər ölən və yaralananların yüksək nisbətini əks etdirir. Bu, demək olar ki, silahlı qüvvələrin əksəriyyətinin son dərəcə primitiv tibbi dəstəyi ilə bağlıdır.
Məlumata görə, artilleriya Rusiyanın daha çox itkisinə səbəb olub.
"Xüsusən, Putinin aşpazı Priqojinin "Vaqner" qruplaşması çox sayda məhbusu cəlb edib. Onların ehtimal ki, 50%-ə qədər itkisi var", - deyə məlumatda vurğulanıb.