Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın paytaxtı Moskvaya səfər edib.
Modern.az xəbər verir ki, bu barədə "Belta" agentliyi məlumat yayıb.
Bildirilib ki, Lukaşenko Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlar aparacaq.
Xatırladaq ki, Rusiya və Belarus liderləri fevralın 5-də telefon danışığı zamanı yeni görüş barədə razılığa gəlmişdilər.