Modern.az

3400 yaralı üzən xəstəxanalara yerləşdirilib - AKAR

3400 yaralı üzən xəstəxanalara yerləşdirilib - AKAR

Dünya

17 Fevral 2023, 12:57

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdə yaralananlarla bağlı yeni məlumatlar açıqlayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Akar 3400 yaralının orduya məxsus üzən xəstəxanalarda müalicə aldığını bildirib.

 

"Zəlzələnin ziyan vurduğu bölgələrdə yaşayan və ya ailəsi burada olan 10 900 hərbçiyə icazə vermişik. "TCG Sancaktar" və "TCG Bayraktar" üzən xəstəxanalarına indiyə qədər 3 400 yaralı gətirilib. Ümumilikdə 22 cərrahiyyə əməliyyatı gerçəkləşdirilib", - deyə Akar söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər