Modern.az

Ukrayna Putinin son “dayanacağı” olmayacaq - ZELENSKİ

Ukrayna Putinin son “dayanacağı” olmayacaq - ZELENSKİ

17 Fevral 2023, 18:12

Bu gün Münhen Təhlükəsizlik Konfransının açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, konfransı videobağlantı vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenski açıb.

 

Zelenski çıxışı zamanı bildirib ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin son “dayanacağı” olmayacaq və o, daha da irəli – keçmiş SSRİ-nin digər ölkələrinə gedəcək.

 

Ukrayna lideri, həmçinin Rusiyanın Moldovanı işğal etməyi planlaşdırdığını deyib.

 

Bundan əlavə, Zelenski müttəfiq ölkələrin liderlərini Ukraynanı dəstəklə bağlı qərarlarda tələsməyə çağırıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?