Modern.az

Vardanyan Qarabağdan uzaqlaşdırılır? - Paşinyan söz verdi 

Vardanyan Qarabağdan uzaqlaşdırılır? - Paşinyan söz verdi 

Dünya

18 Fevral 2023, 14:37

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb. 

 

İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.

 

Məlumatda qeyd olunub ki, buna səbəb Vardanyanın Azərbaycan-Türkiyə-Ermənistan “sülh müqaviləsi”nin imzalanmasına mane olmasıdır.

 

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl Türkiyəyə səfər edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər