Modern.az

Rusiya Donetskdən sonra Xersonu da vurdu - YENİLƏNİB

Rusiya Donetskdən sonra Xersonu da vurdu - YENİLƏNİB

Dünya

19 Fevral 2023, 15:30

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin rəsmi Kiyevin nəzarətində olan Burqunka kəndini atəşə tutub.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin Hərbi Adminsitrasiyası məlumat yayıb.

 

Məlumata görə, nəticədə 3 nəfər həyatını itirib, ikisi uşaq olmaqla, daha 4 nəfər isə xəsarət alıb.

 

***

10:55

 

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinə raket zərbəsi endirib.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, hücum vilayətin rəsmi Kiyevin nəzarətində olan Drujkovka yaşayış məntəqəsinə edilib.

 

Bildirilib ki, mərmilər bir neçə evi dağıdıb. Ölənlər və yaralananlarla bağlı hələlik məlumat yoxdur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər