Modern.az

Türkiyədə zəlzələnin ardınca 6040 afterşok olub

Türkiyədə zəlzələnin ardınca 6040 afterşok olub

Dünya

19 Fevral 2023, 13:19

Fevralın 6-da Türkiyədə baş vermiş iki ardıcıl zəlzələdən sonra qeydə alınmış afterşokların sayı 6040-a çatıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

 

Məlumata görə, 4 ayda baş vermiş yeraltı təkanların ümumi sayı qədər silkələnmə son 12 gün ərzində qeydə alınıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər