Modern.az

Paşinyanın Münhendə sonuncu görüşü

Paşinyanın Münhendə sonuncu görüşü

Dünya

19 Fevral 2023, 14:18

Beynəlxalq Böhran Qrupunun prezidenti Komfort Ero ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş tərəflərin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfəri çərçivəsində baş tutub.

 

Görüşdə Cənubi Qafqazdakı vəziyyətin müzakirə edildiyi bildirilib.

 

Qeyd edilib ki, bu, Paşinyanın qrafik üzrə sonuncu görüşü olub və bununla da Ermənistan baş nazirinin Münxenə səfəri başa çatıb.

 

Xatırladaq ki, bundan əvvəl Münxendə ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında görüş olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər