Modern.az

İtaliyanın baş naziri Kiyevə gedir - Zelenski ilə görüşəcək

İtaliyanın baş naziri Kiyevə gedir - Zelenski ilə görüşəcək

Dünya

19 Fevral 2023, 15:58

İtaliyanın baş naziri Corcia Meloni fevralın 21-də Kiyevə rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Fatto Quotidiano” nəşri məlumat yayıb.

 

O, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. Bundan əlavə, hərbi yardım paketinin, xüsusən də İtaliyanın Fransa ilə birlikdə təmin edəcəyi SAMP-T raketdən müdafiə sistemlərinin tədarükünün elan edilməsi nəzərdə tutulub. Yardım paketinin digər təfərrüatları açıqlamayıb.

 

Lakin artıq məlumdur ki, İtaliyanın arsenalında az sayda tank olduğu üçün Ukraynaya tanklar verilməyəcək. 

 

Bildirilib ki, Kiyevə səfər etməzdən əvvəl Meloni Polşaya səfər edəcək və orada bu ölkənin baş naziri Mateuş Moraveyski ilə görüşəcək.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər