Modern.az

Ukraynaya yaya qədər təhlükəsizlik zəmanəti verilməlidir - Sunak

Ukraynaya yaya qədər təhlükəsizlik zəmanəti verilməlidir - Sunak

Dünya

19 Fevral 2023, 16:35

"NATO iyul ayına qədər Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsinin hazırlanmasını başa çatdırmalıdır".

 

Modern.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.

 

Bildirilib ki, Münhen Konfransı zamanı Böyük Britaniyanın baş naziri Ukraynanın NATO-ya daxil olması ideyasını dəstəkləyib, lakin təhlükəsizlik zəmanətlərinin hazırlanmasına ehtiyac olduğunu vurğulayıb.

 

"Gələcək haqqında düşünməliyik, Ukraynanın təhlükəsizliyini necə qoruyacağımızı fikirləşməliyik. Başlamalı olduğumuz mövzu budur", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər