Ermənistanda dünən hərbçi Hayk Petrosyanın güllə yarasından ölməsi ilə bağlı cinayət işi qaldırılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2004-cü il təvəllüdlü hərbi çağırışçının ölümü Tavuş vilayətində qeydə alınıb. İlkin versiyaya görə, hərbçi ona tapşırılmış avtomatdan açılan tək atəşdən dünyasını dəyişib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır, bir sıra hərbçilər dindirilib, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.
***
19.02.2023 / 22:14
Ermənistan ordusunun hərbçisi Hayk Petrosyan güllələnib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ağır güllə yarası alan hərbçinin öldüyü bildirilib. Məlumata görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zolağında baş verib.
Hadisənin başvermə şəraiti araşdırılır.
Akif İsmayılov