Modern.az

Türkiyədə zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB

Dünya

20 Fevral 2023, 14:28

Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 41 156 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

***

23:20

 

Türkiyədə fevralın 6-da baş verən iki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 41 020 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər