Modern.az

Taliban xarici hərbi bazaları iqtisadi zonalara çevirəcək

Taliban xarici hərbi bazaları iqtisadi zonalara çevirəcək

Dünya

20 Fevral 2023, 00:29

2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı ölkədəki keçmiş xarici hərbi bazaları biznes üçün xüsusi iqtisadi zonalara çevirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi  məlumat yayıb.

 

Qeyd olunur ki, bazaların təmiri üçün pilot plan hazırlanacaq.

 

Xatırladaq ki, Qərb dövlətlərinin Əfqanıstandan çıxmasından sonra ölkədə yaşanan iqtisadi böhran daha da dərinləşib. Taliban iqtisadi böhranın aradan qaldırılması üçün bir sıra dövlətlərlə danışıqlar aparır.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər