Modern.az

Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti AÇIQLADI

Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti AÇIQLADI

Dünya

20 Fevral 2023, 09:40

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb.

 

Modern.az xəbər verir ki, ümumilikdə 35 zərbə qeydə alınıb.

 

"Ötən sutka ərzində düşmən 10 raket zərbəsi və 25  aviazərbə endirib. Zərbələr əsasən Luqansk, Donetsk və Zaporojye vilayətlərində qeydə alınıb. Rusiya qüvvələrinin hücumu Kupyansk, Liman, Baxmut, Avdeyevsk və Şaxtyorsk istiqamətlərində davam edir", - məlumatda qeyd olunub.

 

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Qryanikovka yaşayış məntəqəsi ərazisində hücumları dəf edib. 

 

"Beloqorovka (Luqansk vilayəti), Vasiukovka, Dubovo-Vasilievka, Berxovka, Baxmut və İvanovskoye (Donetsk vilayəti) istiqamətlərində də düşmən geri oturdulub", - deyə əlavə olunub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər