Modern.az

24 fevralda bu şəhərin işğalı elan ediləcək - Kəşfiyyat məlumatı

24 fevralda bu şəhərin işğalı elan ediləcək - Kəşfiyyat məlumatı

Dünya

20 Fevral 2023, 10:58

"Rusiya ordusu Ukraynanın şərqində bir neçə hücum istiqamətini inkişaf etdirməkdə davam edir: Uqledar, Kremennaya və Baxmut".

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində qeyd olunub.

 

Bildirilib ki, xüsusilə Baxmut və Uqledarda itkilər yüksək olaraq qalır. Britaniya kəşfiyyatının məlumatına görə, işğalın ildönümü yaxınlaşdıqca, Rusiya qüvvələrinin artan siyasi təzyiqlərə məruz qalması ehtimalı var.

 

“Çox güman ki, Rusiya yerdəki reallıqdan asılı olmayaraq, Baxmutun yubileylə bağlı ələ keçirildiyini iddia edəcək. Eyni zamanda, əgər Rusiyanın yaz hücumu nəticə verməsə, o zaman Rusiya rəhbərliyi daxilində gərginliyin artacağı ehtimalı var", - deyə əlavə olunub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər