Modern.az

Çavuşoğlu Blinkenlə görüşdü - YENİLƏNİB

Çavuşoğlu Blinkenlə görüşdü - YENİLƏNİB

Dünya

20 Fevral 2023, 11:47

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdə Cənubi Qafqazla bağlı müzakirələr aparıblar.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu birgə mətbuat konfransında məlumat verib.

 

O qeyd edib ki, məqsəd sülhün bərqərar olmasıdır və Vaşinqton paralel olaraq Bakı və İrəvanla da kontakt saxlayır.

 

Türkiyə XİN başçısı bildirib ki, ABŞ Konqresi F-16-ların tədarükünə mane olmamalıdır. Həmçinin terrorla mübarizə mövzusunun da müzakirə edildiyi vurğulanıb.

 

Blinken isə ABŞ-ın Türkiyəni dəstəkləməyə davam edəcəyini diqqətə çatdırıb.

 

***

11:33

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüş keçirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəqiqələrdə tərəflər birgə mətbuat konfransı keçirirlər.

 

Qeyd edək ki, Blinken dünəndən Türkiyəyə səfərə gəlib. O, Çavuşoğlu ilə birgə zəlzələ bölgəsinə yollanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər