"Ukrayna Qərb tərəfdaşlarından 120-150 kilometr məsafədəki hədəfləri vura bilən uzaqmənzilli raketlər alacaq".
Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
Onun sözlərinə görə, raketlər ilin birinci yarısında Ukraynaya gələcək.
"Bunların ATACMS olacağı hələ dəqiq deyil. Başqa uzaqmənzilli raketlər də var", - nazir deyib.
Qeyd edək ki, bundan əvvəl Ukraynaya ATACMS raketləri veriləcəyi barədə məlumatlar yayılmışdı.