Modern.az

Bayden Kiyevdən Putinə səsləndi: SƏHV ETDİN

Bayden Kiyevdən Putinə səsləndi: SƏHV ETDİN

Dünya

20 Fevral 2023, 14:32

ABŞ Prezidenti Co Bayden Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Bayden özünün "Twitter" hesabında səfərlə bağlı paylaşım edib.

 

"Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi bir daha təsdiqlədim”, - Bayden qeyd edib. O bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib.

 

ABŞ lideri, həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur.

 

"Reuters"in məlumatına görə, Zelenski Kiyevdə Co Baydenlə uzaqmənzilli silahların tədarükü məsələsini də müzakirə edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər