Modern.az

ABŞ Baydenin səfərindən əvvəl Rusiya ilə əlaqə saxlayıb

ABŞ Baydenin səfərindən əvvəl Rusiya ilə əlaqə saxlayıb

Dünya

20 Fevral 2023, 17:14

ABŞ tərəfi prezident Co Baydenin Kiyevə bugünkü səfərindən bir müddət əvvəl Rusiya ilə əlaqə saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi Ağ Evə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, tərəflər “de-konfliktin” təmin olunmasını müzakirə ediblər.

 

"Baydenin səfərindən qısa müddət əvvəl, iki nüvə dövləti arasında birbaşa münaqişəyə səbəb ola biləcək hər hansı səhv hesablamalardan yayınmaq üçün ruslarla əlaqə qurulub", - deyə nəşr bildirib.

 

Məlumatda qeyd olunub ki, Bayden Polşadan gələn ABŞ təyyarələri tərəfindən qorunub: "Amerika kəşfiyyat təyyarəsi, o cümlədən hava radarı ilə təchiz edilmiş E-3 "Sentry" və elektron idarə olunan RC-135W "Rivet Joint" təyyarəsi Kiyevi Polşanın hava məkanından izləyib".

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu