Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin təliminə başlamağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Qərar layihəsinə əsasən, təlimlərə minlərlə vətəndaş cəlb olunacaq. Təlimin məqsədi hərbçilərin döyüş bacarıqlarını təkmilləşdirməkdir. Hərbi toplanışın aprelin 15-dən iyunun 15-dək keçirilməsi nəzərdə tutulur.
Vətəndaşların hərbi təlimlərə cəlb edilməsi erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunub. "Tatoyan" fondu bildirib ki, Ermənistan vətəndaşları hərbi təlim adı altında faktiki olaraq məcburi hərbi xidmətə cəlb olunurlar.
Akif İsmayılov