Modern.az

Kral Çarlz ukraynalı hərbçilərlə görüşdü - FOTO 

Kral Çarlz ukraynalı hərbçilərlə görüşdü - FOTO 

Dünya

20 Fevral 2023, 21:42

Böyük Britaniya kralı III Çarlz ölkənin cənub-qərbində ukraynalı hərbçilərin təlim keçdiyi hərbi bazaya baş çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.

 

Kralı Böyük Britaniya Baş Qərargahının rəisi Patrik Nikolas müşayiət edib. Çarlz Ukrayna hərbçiləri ilə söhbətləşib.

 

Qeyd edək ki, Ukrayna hərbçiləri Böyük Britaniyada 35 gün ərzində təlimə cəlb olunub. Onlar atıcılığı öyrənir, əsas döyüş bacarıqlarına yiyələnir və müəyyən silah növləri üzrə təlim keçir. Təlim zamanı ukraynalılar tərcüməçilərlə təmin olunurlar. Məlumata görə, son 6 ay ərzində 10 min Ukrayna əsgəri təlim keçib.

 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu