Modern.az

İtaliyanın Baş naziri sabah Kiyevə gəlir 

İtaliyanın Baş naziri sabah Kiyevə gəlir 

Dünya

20 Fevral 2023, 23:08

İtaliyanın baş naziri Giorgio Meloni Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün sabah, fevralın 21-də Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, xanım Meloni Ukraynaya səfərindən əvvəl Varşavaya səfər edəcək və orada polşalı həmkarı Mateuş Moravetski ilə görüşəcək.

 

Qəzet bildirir ki, Meloni Kiyevə səfəri zamanı yeni hərbi yardım paketini elan etmək niyyətindədir.

 

Yanvarın 17-də Volodimir Zelenski Meloninin Kiyevə mümkün səfərini müzakirə edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu