Modern.az

Erməni generalın saxlanılma səbəbi məlum oldu - YENİLƏNİB

Erməni generalın saxlanılma səbəbi məlum oldu - YENİLƏNİB

Dünya

21 Fevral 2023, 12:06

Ermənistan Ombudsman Aparatının əməkdaşları Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində general-mayor Qriqori Xaçaturovla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" nəşri məlumat yayıb.

 

O, vəzifə səlahiyyətlərindən istifadə edərək çirkli pulların yuyulmasında, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur.

 

***

00:20

 

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturov saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Generalın saxlanılması barədə hələlik rəsmi açıqlama verilməyib.

 

Onun Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən nəzarətə alındığı bildirilir.

 

Qeyd edək ki, general Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş sədri, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğludur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu