Modern.az

Diqqətlər Rusiyada: Bu gün Putin müraciət edəcək

Diqqətlər Rusiyada: Bu gün Putin müraciət edəcək

Dünya

21 Fevral 2023, 09:06

Bu gün Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətlə çıxış edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib. Tədbir günorta saatlarında başlayacaq.

 

Məlumata görə, Putinin ölkədəki vəziyyətə, daxili və xarici siyasətin əsas istiqamətlərinə dair Federal Məclisə müraciəti strateji məqsədlərin, sosial-iqtisadi inkişafın prioritetlərinin müəyyən edilməsi və Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi üçün əsas hesab olunur.

 

Qeyd edək ki, Putinin müraciəti Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatın ildönümü ərəfəsinə təsadüf edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu