Modern.az

Tehranda görüş keçirməyə hazırıq - Abdullahian "3+3"dən danışdı

Tehranda görüş keçirməyə hazırıq - Abdullahian

Dünya

21 Fevral 2023, 09:36

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" formatı barədə danışıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Rusiya XİN başçısının müavini Aleksandr Qruşko ilə görüşündə bu mövuzdan söz açıb.

 

"İran, Rusiya, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Tehranda “3+3” formatında görüşünü keçirməyə hazırıq", - deyə o bildirib.

 

Görüş Qruşkonun İrana səfəri çərçivəsində Tehran şəhərində baş tutub.

 

Qeyd edək ki, ilk dəfə "3+3" formatı II Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən təklif kimi gündəmə gətirilib. Rəsmi Tbilisidən başqa, bütün tərəflər təklifə müsbət reaksiya veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu