Modern.az

Ərdoğan və Bağçalı zəlzələni belə hiss etdi - VİDEO

Ərdoğan və Bağçalı zəlzələni belə hiss etdi - VİDEO

Dünya

21 Fevral 2023, 09:56

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı və daxili işlər naziri Süleyman Soylu AFAD-ın Kahramanmaraşdakı koordinasiya mərkəzini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, onlar koordinasiya mərkəzində olarkən zəlzələ baş verib.

 

Hatayda olan yeraltı təkanlar Kahramanmaraşda da hiss olunub. Lakin dövlət rəsmiləri təşvişə düşmədən tədbiri davam etdiriblər.

 

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.

 

Son məlumatlara görə, Hatayda baş vermiş zəlzələ nəticəsində 6 nəfər həlak olub, 294 nəfər xəsarət alıb.

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər