Modern.az

Ukrayna təşəbbüsü yenidən ələ ala bilər - ABŞ institutu

Ukrayna təşəbbüsü yenidən ələ ala bilər - ABŞ institutu

21 Fevral 2023, 09:58

Ukraynanın 2023-cü ildə təşəbbüsü döyüş meydanında yenidən ələ almaq potensialı var.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir.

 

Bildirilib ki, müttəfiq ölkələrin kifayət qədər və vaxtında dəstəyi ilə bu, döyüşlərin taleyini yekun olaraq dəyişə bilər.

 

Analitiklər qeyd edirlər ki, Rusiya Federasiyasının yerləşdirə biləcəyi və müharibənin gedişatını öz xeyrinə dəyişəcəyi qədər böyük sayda istifadə olunmamış hazır ehtiyatları yoxdur.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər