Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Hataydan seçilən deputatı Lütfi Qaşıqçı canlı yayımda olarkən zəlzələ baş verib.
Modern.az xəbər verir ki, zəlzələdən təşvişə düşən deputat müsahibəni yarımçıq qoyaraq, ərazidən qaçıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.
Son məlumatlara görə, Hatayda baş vermiş zəlzələ nəticəsində 6 nəfər həlak olub, 294 nəfər xəsarət alıb.