Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 144 mini ötdü

Rusiyanın Ukraynadakı itkiləri 144 mini ötdü

Dünya

21 Fevral 2023, 10:48

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 760 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 144 440 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 tank, 9 zirehli döyüş maşını, 4 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər