"Rusiya Federasiyası Qərbin Rusiya aerodromlarına hücum cəhdlərində əli olduğunu bilir".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin parlamentdəki müraciətində söyləyib.
Putin NATO-nun "START" müqaviləsi çərçivəsində alyansın Rusiya Federasiyasının strateji obyektlərinə təftişlərinin qaytarılması tələbini absurd teatrı adlandırıb. O, sazişdən çıxdıqlarını bəyan edib.
Prezident deyib ki, Rusiya Federasiyasındakı aerodromlara hücum edən PUA-lar NATO təlimatçılarının köməyi ilə təchiz edilib.
Qeyd edək ki, Putin bir həftə əvvəl yeni yerüstü strateji komplekslərin döyüş növbətçiliyinə verilməsi haqqında fərmanı imzaladığını elan edib.