Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətlə çıxış edib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, auditoriya Putini ümumilikdə 53 dəfə, ayaq üstə 4 dəfə alqışlayıb.
Rusiya prezidentinin çıxışında ən çox işlətdiyi kəlmələr də məlum olub. Belə ki, o, 24 dəfə "Qərb", 11 dəfə "ABŞ", 10 dəfə "NATO", 19 dəfə "Ukrayna" və 34 dəfə isə "Rusiya" deyib.
Ümumilikdə Rusiya prezidentinin çıxışı 2 saata yaxın davam edib. O, əsasən Ukrayna ilə müharibədən, Qərblə münasibətlərdən, hərbi məsələlərdən, habelə təhsil, mədəniyyət və sosial-iqtisadi mövzulardan danışıb.