Modern.az

Rusiya Xersona raket atdı - Ölənlər və yaralananlar var

Rusiya Xersona raket atdı - Ölənlər və yaralananlar var

21 Fevral 2023, 15:28

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin rəsmi Kiyevin nəzarətində olan hissəsinə raket zərbəsi endirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, raket avtobus dayanacağına düşüb.

 

İctimai nəqliyyatı gözləyən insanlar həmin vaxt dayanacaqda olub.

 

"Çoxlu insan var idi, ölənlər və yaralananlar olub. Mağazaya və iki yüksək mərtəbəli binaya da düşdü", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu