ABŞ-ın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Rusiya XİN bu barədə məlumat yayıb.
Bildirilib ki, ona ABŞ-ın Ukrayna tərəfdə hərbi əməliyyatlarda iştirakının genişləndirilməsi ilə bağlı etiraz edilib.
"Bundan əlavə, Vaşinqton hərbi və texnikasını geri çəkmək, eləcə də düşməncəsinə anti-Rusiya fəaliyyətini dayandırmaq üçün addımlar atmalıdır. Həmçinin ABŞ “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı izahat verməli və məsuliyyət daşıyanların müəyyən edilməsi üçün obyektiv araşdırmaya mane olmamalıdır", - deyə məlumatda bildirilib.