Komor adaları bayrağı altında üzən gəmi Qara dənizdə qəzaya uğrayıb.
Modern.az NEXTA-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Novorossiysk limanı yaxınlığında baş verib.
Bildirilib ki, hadisə zamanı göyərtədə 11 nəfər olub. Onlardan birinin öldüyü, digərlərinin xilas olunduğu barədə məlumat var.
Hazırda detallar və qəzanın səbəbləri araşdırılır.