Modern.az

Mirzoyana sui-qəsd təşkil edən şəxslərdən biri TUTULDU - FOTO

Mirzoyana sui-qəsd təşkil edən şəxslərdən biri TUTULDU - FOTO

Dünya

22 Fevral 2023, 10:47

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri həbs edilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, söhbət 2020-ci ilin noyabrında İrəvan, Bakı və Moskva arasında üçtərəfli bəyanatın imzalandığı gecə o zaman parlamentin sədri olan Ararat Mirzoyana hücumda iştirak edən vətəndaş T.A.-dan gedir.

 

"O, 2 ay müddətinə həbs edilib, istintaq davam edir", - deyə qeyd olunub.

 

Xatırladaq ki, 2020-ci ilin 10 noyabr gecəsində İrəvanda qəzəbli kütlə hökumət binasına daxil olmuş, dağıntılar törətmişdi. Ermənistan baş naziri Nikol Paşinyanı axtaran etirazçılar Mirzoyana rast gəlmiş və onu ölümcül şəkildə döymüşdülər. Buna görə o, bir neçə ay müalicə almalı olmuşdu.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu