Modern.az

Pakistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Prezidentlər DANIŞDI

Pakistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Prezidentlər DANIŞDI

Dünya

22 Fevral 2023, 16:30

Ukrayna prezidenti Volodimir Zelenski və pakistanlı həmkarı Arif Alvi arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə rəsmi "Telegram" səhifəsində yazıb.

 

"Pakistan prezidenti Arif Alvi ilə telefon danışığımız oldu. Biz dövlətlərin ərazi bütövlüyü və suverenliyi, BMT Nizamnaməsinə hörmət prinsiplərinin vacibliyini qeyd etdik. Söhbət zamanı Ukraynanın Taxıl Təşəbbüsünə xüsusi diqqət yetirildi. Dövlətimiz bundan sonra da dünyanın ərzaq təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə hazırdır", - deyə Zelenski qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu