Rusiya prezidenti Vladimir Putin "Lujniki" stadionunda keçirilən Ukrayna ilə müharibəyə həsr olunmuş konsert tədbirinə qatılıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Rusiyada 23 fevralda qeyd olunan "Vətəni Qoruyanlar Günü" ilə bağlı insanları təbrik edib.
İştirakçılarla birgə himn oxuyan Putin günün mistik önəmindən söz açıb.
BBC-nin rus xidmətinin müxbiri Yelizaveta Foxt da "Lujniki"dəki konsertdə Putini gözləyənlər arasında olub.
Nəşrin materialında qeyd olunub ki, artıq bir neçə həftədir media məmurların konsert üçün insanları necə yığdıqları haqqında yazır. Bildirilib ki, iştirak üçün razılıq verənlərə 500 rubl vəd edilib.
"Səhər tələbələr və dövlət işçiləri avtobusla Moskvanın “Lujniki” stadionuna aparılıb. Axın metroda qrafikin çökməsinə səbəb olub. "Qonaqlar" mitinq başlamazdan bir neçə saat əvvəl şiddətli şaxtaya baxmayaraq, əraziyə gətiriliblər. İştirakçılara jurnalistlərlə ünsiyyət qurmaq qəti qadağandır. Bəzi insanlara isə aksiyaya "ürəyinin diktəsi ilə" gəldikləri barədə açıqlamalar vermək tapşırılıb, bu barədə skrinşotlar var", - deyə vurğulanıb.