Modern.az

Bosfor boğazı BAĞLANDI

Bosfor boğazı BAĞLANDI

23 Fevral 2023, 09:44

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Boğaz hər iki istiqamətdə gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb. Bildirilib ki, buna səbəb qatı duman və görmə məsafəsinin minimuma enməsi, əlverişsiz hava şəraitdir. Beykoz-Sarıyer və Sarıyer-Rumelikavağı-Anadolukavağı istiqamətlərində səfər marşrutları da ləğv olunub. Ləğv olunmayan digər marşrutlarda isə gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq edilib.

 

"Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?