Modern.az

1 milyon 250 min binada yoxlamalar aparmışıq - Türkiyəli nazir

1 milyon 250 min binada yoxlamalar aparmışıq - Türkiyəli nazir

23 Fevral 2023, 13:50

"Zəlzələ bölgəsində 4 511 000 ayrı-ayrı hissələrdən ibarət olan 1 250 000 binada yoxlamalar aparmışıq".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

 

"520 000 ayrı-ayrı hissədən ibarət olan 164 321 binanı təcili şəkildə sökülməsi vacib qəzalı vəziyyətdə olan tikililər kimi təsbit etmişik. Dəyən ziyanın həcmini müəyyən etmək üçün işləri 7 350 personalımızla fasiləsiz davam etdiririk", - deyə o bildirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?