Fransanın "Thales SA" silah şirkəti Ukraynadakı müharibənin yaratdığı güclü tələbat fonunda 2023-cü ildə 12 min nəfəri işə götürməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, yeni işçilərin 40%-i tədqiqat və təkmilləşdirmə işləri ilə, xüsusən də süni zəka, proqram təminatı, kibertəhlükəsizlik və biometrika sahəsində çalışacaq.
5,5 min işçi Fransada qalacaq, 3 mindən bir qədər çox işçi Avropada (Böyük Britaniya da daxil olmaqla) işləyəcək. 12 000 əməkdaşın qalan hissəsi ABŞ, Kanada, Avstraliya və Asiya ölkələrinə göndərilib.
2022-ci ildə Ukraynada müharibə başlayandan sonra "Thales" heyətini 11,5 min nəfər artırıb. 2022-ci ilin sonuna şirkətin 77 min işçisi var idi.
Akif İsmayılov