Modern.az

Lavrov Rusiyanın yeni xarici siyasət konsepsiyasından DANIŞDI

Lavrov Rusiyanın yeni xarici siyasət konsepsiyasından DANIŞDI

Dünya

27 Fevral 2023, 12:20

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyasından danışıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Lavrov bu barədə Rusiya Xarici İşlər Nazirliyinin federasiya subyektlərindəki təmsilçiliklərinin rəhbərləri ilə görüşdə söz açıb.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiya Federasiyasının xarici siyasət konsepsiyasının yenilənmiş variantı ölkə prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir.

 

Lavrov Rusiyanın müstəqil xarici siyasət kursunu həyata keçirməyə davam edəcəyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu